Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.
Əsir mübadiləsi "200-ün 200-ə" formatında baş tutub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əsirlikdən azad olunan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir.
Rəsmi Moskva Kiyevlə əsir mübadiləsində BƏƏ və ABŞ-ın vasitəçilik etdiyini açıqlayıb.









































