Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutacaq

Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutacaq
DÜNYA
16:42 17.05.2025
494

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi gələn həftə həyata keçiriləcək.
 
AZXEBER.COM APA-ya istinafən xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanov məlumat verib.

Onun sözlərinə görə, bu mübadilə müharibənin başlanmasından bəri tərəflər arasında baş tutacaq ən böyük əsir mübadiləsi olacaq. Hər iki tərəfdən 1000 nəfərin dəyişdirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR