İstanbul razılaşmaları çərçivəsində Rusiyanın yaşı 25-dək olan hərbi əsirlərinin birinci qrupu geri qayıdıb.
AZXEBER.COM-un Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bunun əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri qarşı tərəfə təhvil verilib.
Əsir mübadiləsi iştirakçılarının dəqiq sayı barədə məlumat verilmir.
Rusiyanın əsirlikdən qaytarılan hərbçiləri hazırda Belarusdadırlar və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinin baş tutduğunu təsdiqləyib.
"Ukraynalılar Rusiya əsirliyindən evlərinə qayıdırlar. Mübadilə bu gün başlayıb, yaxın günlərdə bir neçə mərhələdə davam edəcək", - deyə o, " Telegram" kanalında yazıb.