Rusiya və Ukrayna əsir düşən mülki şəxsləri dəyişdirdi

Rusiya və Ukrayna əsir düşən mülki şəxsləri dəyişdirdi
DÜNYA
18:35 19.09.2026
55
Rusiya və Ukrayna Belarusun vasitəçiliyi ilə mülki şəxslərin qarşılıqlı qaytarılmasını həyata keçirib.

Bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets və Belarusun dövlət agentliyi "BelTA” məlumat yayıb.

Bildirilib ki, proses nəticəsində 15 nəfər Ukraynaya, üç nəfər isə Rusiyaya təhvil verilib.

Ukraynaya qaytarılan mülki şəxslərin ən yaşlısının 96, ən gəncinin isə 49 yaşı var.

Tərəflər arasında mübadilə Ukrayna-Belarus sərhədində yerləşən "Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutub.

///modern.az///
OXŞAR XƏBƏRLƏR