Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA

Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
SOSİAL
16:41 31.07.2026
184
Rusiyada ali təhsil alan azərbaycanlı tələbələrin valideynləri narahatdır.

Onlar övladlarının Azərbaycan ali təhsil müəssisələrinə köçürülməsi üçün sadələşdirilmiş, şəffaf və əlçatan mexanizmin yaradılması xahiş edir. 

Valideynlər bildirir ki, son illər Rusiyada təhsil almağın maliyyə yükünün artması, miqrasiya qaydalarının sərtləşməsi və geosiyasi vəziyyətin yaratdığı narahatlıqlar övladlarını Vətənə qaytarmaq istəyini daha da gücləndirib. Onlar hesab edirlər ki, Azərbaycan və Rusiya ali təhsil sistemləri arasında mövcud olan kredit tanınması imkanları bu prosesi reallaşdırmağa şərait yaradır. Müraciətdə həmçinin köçürülmə prosesini həyata keçirəcək xüsusi qəbul komissiyalarının yaradılması, qaydalar və tələb olunan sənədlərlə bağlı ictimaiyyətə vaxtında rəsmi məlumat verilməsi, eləcə də xaricdə təhsilə yönələn vəsaitin ölkənin təhsil sisteminin və iqtisadiyyatının inkişafına xidmət etməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a bildirib ki, burada məsələyə qanunvericilik prizmasından baxılmalıdır:

"Bu məsələ Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Yəni, burada məsələyə qanunvericilik prizmasından baxılmalıdır və qanunvericiliyin bu barədə nə dediyi əsas götürülməlidir. Diplomların tanınması və ya tələbələrin başqa ölkədən köçürülməsi üçün əsas şərtlərdən biri həmin tələbələrin Dövlət İmtahan Mərkəzinin vasitəsilə imtahan verməsi və yalnız bundan sonra xarici ali təhsil müəssisəsinə qəbul olunmasıdır. Yəni, tələbələr Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmədən, yalnız attestat əsasında qəbul olublarsa, burada artıq mövcud norma və qaydaların pozulmasından söhbət gedir.


Bu baxımdan biz bütün xaricdə təhsil almaq istəyən gənclərə tövsiyə edirik ki, məsələyə mütləq bu cür yanaşsınlar. Onlar mütləq şəkildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etməli, müəyyən bal toplamalı və yalnız bundan sonra xaricdə təhsil almalıdırlar. Belə olduqda, sistemdə onların Azərbaycanda imtahan verdikləri öz əksini tapır”.

Deputat qeyd edib ki, dövlətimiz çox humanistdir:

"Dövlətimiz çox humanistdir. Rusiyada müharibə şəraitinin mövcud olduğu, insanlarımızın vəziyyətinin daha da mürəkkəbləşə biləcəyi nəzərə alınaraq, həmin tələbələrin ölkəmizə köçürülməsi məsələsinə baxıla bilər. Ancaq bu zaman müəyyən norma və qaydalara riayət olunması şərti ilə bu məsələnin həlli mümkündür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
Bakıda oğurluq edən şəxslər saxlanıldı
15:23 31.07.2026
Bakıda oğurluq edən şəxslər saxlanıldı