Rusiya vətəndaşının xəstəliyə və ya plastik əməliyyata görə xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişibsə, pasportu dəyişdirilməlidir.
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Xəstəlik və ya tibbi müdaxilə nəticəsində xarici görkəmində əhəmiyyətli dəyişikliklər olarsa, pasport dəyişdirilir", - məlumatda bildirilib.
Həmçinin xatırladılıb ki, təhlükəsizlik elementlərinin pozulması, zədələnməsi səbəbindən pasportda müəyyən məlumatların olması və ya məzmunu müəyyən etmək mümkünsüzdürsə, dəyişdirilməlidir.