Rusiya xərçəngə qarşı peyvənd hazırlayıb, əhaliyə pulsuz veriləcək

SOSİAL
13:07 26.12.2024
128
Rusiya xərçəngə qarşı peyvənd hazırladığını açıqlayıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə peyvəndin 2025-ci ildən etibarən bütün xərçəng xəstələrinə pulsuz paylanacağını açıqlayıb.
 
Rusiya prezidenti Vladimir Putin bunu 2024-cü ilin fevralında bəyan etmişdi.
 
Peyvəndin 2025-ci ilin əvvəlində ümumi dövriyyəyə buraxılması planlaşdırılır.
 
Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq daha əvvəl bildirmişdi ki, peyvəndin preklinik sınaqları onun şiş inkişafını və xərçəng hüceyrələrinin əmələ gəlməsinə maneə törətdiyini göstərib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR