Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş keçiriləcək.
Bildirilib ki, bu, ötən həftə Ər-Riyadda Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən danışıqların davamıdır.
Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov iki həftə ərzində ölkələr arasında ekspertlər səviyyəsində görüş keçiriləcəyini açıqlamışdı.
***
Rusiya XİN bu gün Ər-Riyadda görüş keçirilməsi barədə yayılan məlumatları təkzib edib:
"Bu gün Ər-Riyadda Rusiya XİN nümayəndələrinin iştirakı ilə heç bir görüş keçirilmir”.