Bu barədə Rusiyanın Xarici Işlər Naziri Sergey Lavrov danışıb.
Azərbaycan və Ermənistan prezidentləri Rusiyadan iki ölkə arasında humanitar əlaqələrin yaradılmasında vasitəçilik etməyi xahiş ediblər.
AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
"Belə əlaqələrin təşəbbüskarı olmağımız üçün Bakı və İrəvandan bizə istək ünvanlanıb. Əlbəttə ki, Dmirti Medvedyev də razılaşıb”, deyə qeyd edən Lavrov əlavə edib ki, “Rusiya hər zaman bu cür humanitar yardımlar göstərməyin tərəfdarı olub və belə məqsədlərdə öz vasitəçilik rolunu icra etməyə hazırdır.”
Prezidentlərin Soçidəki görüşünü şərh edən Rusiya Xarici İşlər Naziri bildirib ki, hər 3 dövlət başçısı insanlar arasında birbaşa humanitar, mədəni, təhsil və digər əlaqələrin yaradılmasının labüdlüyünü təsdiq ediblər.
Sergey Lavrovun sözlərinə görə, üç ölkənin liderləri etiraf edirlər ki, bu cür əlaqələr Azərbaycanla Ermənistan arasında etimadı bərpa etmək və möhkəmləndirmək, siyasi qərarların qəbul edilməsi üçün maksimum xoş mühitin yaradılmasında mühüm rol oynayır.