‘Rusiya yumurtadan yun qırxmağa çalışır’ - Politoloq

‘Rusiya yumurtadan yun qırxmağa çalışır’ -  Politoloq
SİYASƏT
14:52 20.05.2013
1979

Rusiya hökumətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı ildə imzalanmış müqaviləni ləğv etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Bəzi siyasi şərhçilər məsələnin arxasında Kremllə Bakı arasında olan siyasi gərginliyin nəticəsi kimi qiymətləndirsələr də, dövlət rəsmiləri müqavilənin ləğvinin iqtisadi məsələlərlə əlaqələndiriblər.

AZXEBER.COM portalı olaraq məsələylə bağlı politoloq Qabil Hüseynlinin də fikirlərini öyrəndik. Q.Hüseynlinin fikrincə, Bakı-Novorossiyk neft kəmərinin fəaliyyətinin dayandırılmasında iqtisadi tərəflər olsa da, əsas məsələ siyasi məqsədlərin üzərinə düşür.

“Rusiya yumurtadan yun qırxmağa çalışır. Rusiya istəyir ki, enerji vasitəsi ilə siyasi təzyiqlər eləsin. Azərbaycan isə siyasətsiz enerji satışı həyata keçirmək istəyir. Biz heç bir ölkənin daxili işlərinə qarışmadan öz siyasətimizi yürüdür və iqtisadi anlaşmalarda heç bir siyasi şərtlər irəli sürmürük.

Bu iqtisadi məsələ deyil, bu iqtisadi-siyasi məsələdir. İqtisadi tərəfi ondan ibarətdir ki, Rusiya kəmərin bütünlüklə dolmasını, nasoslar hesabına neftin idxalını 2-3 dəfə artırmaq istəyir. Odur ki, nə qədər iqtisadi tərəfi olsa da, əsas məsələ siyasi tərəfdir”.

Politoloqun fikrincə, hazırda Azərbaycanda enerji bazarındakı qiymətlər digər ölkələrlə müqayisədə daha əlverişlidir:

“Azərbaycan müstəqil enerji siyasəti yürüdür. Buna görə də, Azərbaycan tərəfinin heç bir təqsiri yoxdur. Bu kimlərinsə xoşuna gəlməyə bilər amma, Azərbaycanın müstəqil siyasəti artıq bütün dünya tərəfindən qəbul edilir. Avropa ölkələri, İsrail yaxın gələcəkdə Azərbaycan neftindən, qazından istifadə edəcəkdir. Bu o deməkdir ki, Azərbaycanın iqtisadiyyatında yeni bir ciddi enerji rəqibi meydana çıxıbdır və müəyyən sahələrdə Rusiyanı sıxışdırmağa başlayıbdır. Rusiyanı qıcıqlandıran məqamlardan biri də məhz budur.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb