Rusiyada adam öldürən ikiqat dünya çempionu həmyerlimiz tutuldu

Rusiyada adam öldürən ikiqat dünya çempionu həmyerlimiz tutuldu
Bütün Xəbərlər
12:16 19.10.2011
2014
Rusiyanın paytaxtı Moskvada əlbəyaxa döyüş üzrə əslən azərbaycanlı olan dünya çempionu həbs olunub. 
Adı açıqlanmayan həmin şəxs Samarada polis əməkdaşını öldürməkdə şübhəli bilinir. Onun sahə müvəkkilini bıçaqla qətlə yetirdiyi bildirilir. Hadisə avqustda baş verib. 40 yaşlı Azərbaycan vətəndaşı münaqişə zəminində polisin qarnına bıçaq zərbələri endirib. Polis aldığı yaralardan ölüb. 
Samara təhqiqatçıları qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlayıblar. Həmin şəxs Samara vilayətini tərk edib, oktyabrda Moskvaya gedib. Rusiya paytaxtında polislər həmyerlimizi saxlayıblar. İdmançı qətl törətdiyini etiraf edib.
Qeyd edək ki, həmyerlimizin uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, habelə Azərbaycan yığmasının sabiq baş məşqçisi olduğu bildirilir. Əvvəllər də o, cinayət məsuliyyətinə cəlb olunur və tutulanadək xuliqanlığa görə axtarışda olub. /// lent.az
OXŞAR XƏBƏRLƏR