DİN məlumat yaydı.
Rusiyada zorlama maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda həbs edilib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) və 132-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə axtarışda olan Vüsal Bağırov tutulub.