Rusiyada Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb

Rusiyada Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb
Bütün Xəbərlər
16:37 26.09.2013
1168
1985-ci il təvəllüdlü azərbaycanlı Sankt-Peterburq hava limanından çıxarkən hücuma məruz qalıb

Rusiyanın Sankt-Peterburq şəhərində 4 naməlum şəxs Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulunu oğurlayıb.

Mənbə bildirib ki, sentyabrın 25-də 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı polisə müraciət edərək hadisə barədə məlumat verib: “O, sentyabrın 11-də saat 17.00-da “Pulkovo-2” hava limanından çıxarkən 4 maskalı şəxsin fiziki zor tətbiq edərək onu avtomobilə əyləşdirdiklərini, içində 2,5 milyon dollar olan çantasını və şəxsi sənədlərini əlindən aldıqlarını, Puşkin rayonunun Şuşarı qəsəbəsinə apararaq orada avtomobildən düşürdüklərini və qaçdıqlarını bildirib”.

Hələlik polis cinayət işi qaldırmayıb.//apa

OXŞAR XƏBƏRLƏR