Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyada azərbaycanlı qətlə yetirildi
Bütün Xəbərlər
13:01 04.10.2011
1455
Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib. ANS PRESS-in Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə şimal ölkəsinin Tümen şəhərində baş verib. Ötən gün axşam saatlarında “Kolso” bazarı ərazisində kütləvi qarşıdurma olub. Hadisə şahidləri olayın şəxsi münasibətlər zəmində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, azərbaycanlını qətlə yetirən şəxs içkili vəziyyətdə olub.Belə ki, tərəflər münasibətlərinə aydınlıq gətirən zaman sərxoş şəxsin tərəfdaşları silahlı müqavimət göstəriblər. Nəticədə açdıqları atəş nəticəsində azərbaycanlı aldığı kəllə-beyin yarasından dünyasını dəyişib. Onu müdafiə etməyə çalışan digər şəxslər yaralansalar da, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR