Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetinin xarici tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Volqoqrad əyaləti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Ekaterina Valkovskaya bildirib.
Vasilyev barəsində avqustun 21-ə qədər - iki aylıq həbs qərarı çıxarılıb. Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb.