Rusiyada azərbaycanlı “vor zakon” saxlanıldı – FOTO + VİDEO

Rusiyada azərbaycanlı “vor zakon” saxlanıldı – FOTO + VİDEO
Bütün Xəbərlər
16:44 27.01.2015
1058

Görüş Moskvanın restoranlarından birində baş tutub.

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın şərqində restoranda “sxodka”ya yığılan cinayət qrupunun lider və üzvlərini həbs ediblər.

Rusiya DİN-in məlumatına görə, ümumilikdə 50 nəfər saxlanılıb.

Bildirilib ki, saxlanılan şəxslər arasında cinayətkar aləmin avtoritetləri, o cümlədən də “qanuni oğru”lar olub. Görüş paytaxtın şərqində, restoranların birində baş tutub.

Polisin məlumatına əsasən kriminal aləmin görüşə toplanan nümayəndələri, cəzaçəkmə müəssisələrində olan insanlara maddi yardım, eləcə də “obşyak” olan vəsaitin bölünməsi məsələlərini müzakirə ediblər.

“Nəticədə cinayətkar aləmin 50 lider və fəal üzvü, o cümlədən Azərbaycandan olan 54 yaşlı “Yunus” ləqəbli “qanuni oğru” saxlanılıb”, - idarənin verdiyi məlumatda bildirilib.

Asayiş keşikçiləri hal-hazırda saxlanılan şəxslərin müxtəlif xarakterli cinayətlərdə iştirak edib etməməsini aydınlaşdırırlar. Eyni zamanda, FMX (Federal Miqrasiya Xidməti) bu adamların Rusiya Federasiyası ərazisində olmalarının qanuniliyini aydınlaşdırır.//oxu.az

OXŞAR XƏBƏRLƏR