Rusiyada azərbaycanlı xanımı döyərək öldürdülər

Rusiyada azərbaycanlı xanımı döyərək öldürdülər
Bütün Xəbərlər
11:39 11.02.2014
1152

Qadın öz sevgilisi ilə bərabər yaşayıb.

Keçən şənbə, fevral ayının 8-də Bezençuk rayonu ərazisində 32 yaşlı qadın meyidi aşkar edilib.

Qadının meyidi 11.30-da aşkarlanıb, o, Osinki kəndində, Komsomolski küçəsində yerləşən mənzildə öz sevgilisi ilə bərabər yaşayıb.

Məhkəmə ekspertizası müəyyən edib ki, qadın baş nahiyəsindən alınmış zərbə nəticəsində ölüb. Baş verənlərdə mənzilin sahibi şübhəli bilinir. Münaqişə ailə zəminində mübahisə zamanı baş verib. Onun hərəkəti “ölümlə nəticələnən, sağlamlığa ağır xəsarət” kimi qiymətləndirilib.

Bu fakt üzrə Bezençuk polis şöbəsində cinayət işi açılıb.(Oxu.az)

OXŞAR XƏBƏRLƏR