Rusiyada azərbaycanlılar arasında atışma: 5 yaralı

Rusiyada azərbaycanlılar arasında atışma: 5 yaralı
Bütün Xəbərlər
07:48 10.10.2012
1050
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonundakı Nevski parkında azərbaycanlılar arasında atışma baş verib.
AZXEBER.COM-un Leninqrad vilayətində yayımlanan “100 TV” telekanalının internet saytına istinadən verdiyi məlumata görə, insidentdə altı nəfər iştirak edib. Azərbaycan vətəndaşları arasında yaranan mübahisə zamanı onlardan biri odlu silahdan atəh açıb. Münaqişənin səbəbləri məlum deyil.Qarşıdurma nəticəsində 5 nəfər xəstəxanaya müraciət edib. Onlardan xəsarətləri yüngül olan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1-inin isə müalicəsi xəstəxanada cavam etdirilir.Baş vermiş hadisə ilə bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.Xatırladaq ki, iki həftə əvvəl Leninqrad vilayətində azərbaycanlıların iştirakı ilə daha bir silahlı toqquşma olmuşdu. Azərbaycan və Çeçenistandan olanlar arasındakı atışma nəticəsində bir nəfər ölmüşdü.
OXŞAR XƏBƏRLƏR