"Moskva hazırda yaşadığı çətin dövrə baxmayaraq, Bakı ilə münasibətlərin yaxşılaşacağına ümid edir".
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib.
Peskovun sözlərinə görə, Moskva və Bakı arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin var.
"İki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən elə olur ki, iki ölkənin münasibətlərində çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - Peskov paylaşıb.
Peskov vurğulayıb ki, Rusiyada azərbaycanlılara böyük hörmət var və yalnız qanunu pozan şəxslər məsuliyyətə cəlb olunur.