Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur

Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
DÜNYA
12:57 03.07.2026
493
Rusiyanın Novorossiysk şəhərində yanacaq qıtlığı yaranıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, şəhər administrasiyasının yaydığı məlumata görə, yanacaqdoldurma məntəqələrində benzin tamamilə tükənib, dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud həcmdə mövcuddur.

Bildirilib ki, hazırda yanacaq yalnız xüsusi akaryakıt kartları vasitəsilə satılır və bu imkandan əsasən şirkətlərə məxsus nəqliyyat vasitələri istifadə edə bilir.

Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra ölkədə bir sıra müəssisələr texniki baxış və təmirə dayandırılıb. Bu səbəbdən Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı satış və ixrac məhdudiyyətləri tətbiq edir.

Qeyd olunur ki, hazırda Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlər qoyulub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR