Rusiyada COVID-19-un daha yoluxucu variantı aşkar edildi

SAĞLAMLIQ
12:11 19.04.2023
595
Rusiyada koronavirusun daha yoluxucu variantı olan "Arktur” adlı XBB 1.16 subvariantının daşıyıcıları müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, araşdırmalara görə, "Arktur” daha yoluxucu ola bilər, lakin çox patogen deyil. Bu o deməkdir ki, onun yaratdığı xəstəlik yüngül formada davam edir.

Qeyd olunur ki, yeni subvariantın aşkarlanması ilə əlaqədar hər hansı antiepidemik məhdudiyyətlərin tətbiqi tələb olunmur.

Qeyd edək ki, "Arktur” Hindistanda da koronavirusa yoluxma hallarının artmasına səbəb olub. 

Ayşən

OXŞAR XƏBƏRLƏR