Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu
DÜNYA
12:59 05.12.2020
520
Rusiyada son bir gündə daha 28 782 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 431 731 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 508 nəfər artaraq 42 684-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 916 396 nəfər sağalıb.
OXŞAR XƏBƏRLƏR