Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Məlumata görə, partlayış zamanı ərazidə 25 nəfər və 6 texnika olub.
Baş vermiş hadisədən sonra 7 nəfər xəstəxanaya çatdırılıb.