Rusiyada DİN kapitanı ilə azərbaycanlılar arasında dava düşdü

Rusiyada DİN kapitanı ilə azərbaycanlılar arasında dava düşdü
Bütün Xəbərlər
16:20 15.10.2012
1225
Moskva yaxınlığında Rusiya DİN daxili qoşunlar diviziyasının kapitanı ilə iki azərbaycanlı arasında dava düşüb. Hadisə səhər saat 6.00-da “Kovçeq” kafesində baş verib. Rusiyalı kapitan və digər iki azərbaycanlı qonşu masalarda əyləşiblərmiş.Tərəflər əvvəlcə söyüşlə bir-birlərini təhqir ediblər, daha sonra isə münaqişə davaya çevrilib. 30 yaşlı sərxoş kapitan vuruşma zamanı travmatik silahdan azərbaycanlılara atəş açıb, qarşı tərəf isə ona bıçaqla 4 dəfə xəsarət yetirib.Hadisənin hər 3 iştirakçısı xəstəxanaya yerləşdirilib. 50 yaşlı Radimov soyadlı şəxs körpücük sümüyü, əl və ayaqları, 25 yaşlı Turan Hüseynov çiyinindən güllə yarası alıb. Rusiya DİN daxili qüvvələrinin kapitanının vəziyyəti isə ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR