Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi

Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi
DÜNYA
00:03 18.11.2026
54
Rusiyada faciəli şəkildə həlak olan Azərbaycan vətəndaşı Vüqar İsmayılovun nəşi Vətənə gətirilib.

Mərhum Salyan rayonunda dəfn olunacaq.
 
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda baş verib.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində Vüqar İsmayılov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR