Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Əliyev yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun Şirvan şəhərindən məhkəmədən qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
///oxu.az











































