Rusiyada girov götürülən azərbaycanlı azad edildi

Rusiyada girov götürülən azərbaycanlı azad edildi
Bütün Xəbərlər
09:53 25.12.2012
1142

Moskva vilayətində həmyerlimizi girov götürməkdə şübhəli bilinən 8 işsiz azərbaycanlı saxlanılıb.

Onlar girov müqabilində 25 milyon rubl (təqribən 800 min dollar) tələb ediblər.AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.Girovluqdan azad edilən həmyerlimiz polisə bildirib ki, onu 4 nəfər naməlum şəxs Moskvada dekabrın ortalarında oğurlayıb. Bununla belə onlar girovu döymüş və travmatik tapançadan qarın boşluğuna atəş açmışlar. Oğurluqdan sonra girovun qohumlarına 25 milyon rubl tələbi ilə zənglər gəlməyə başlayıb. Daha sonra məbləğ 15 milyonadək (təqribən 480 min dollar) endirilib.İşlə bağlı saxlanılanlardan biri əvvəllər törətdiyi quldurluğa görə federal axtarışda imiş. Girovun saxlandığı yerdə bir ov tüfəngi və bir travmatik tapança aşkar edilib.Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri maksimum 15 ilədək həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR