Rusiyada hokkeyçiləri daşıyan təyyarə qəzaya uğradı, 34 nəfər öldü

Rusiyada hokkeyçiləri daşıyan təyyarə qəzaya uğradı, 34 nəfər öldü
Bütün Xəbərlər
02:11 08.09.2011
1362
Bu gün Rusiyanın Yaroslav şəhərində “Yak-Service” aviaşirkətinə məxsus “YAK-42” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.  Təyyarədə olan 37 nəfərdən 34-ü həyatını itirib. Onlardan 3-ü ekipaj üzvü, 31 nəfəri isə sərnişin olub.Təyyarədə Minskə gedən hokkey idman komandasının üzvləri olub. Kontinentak Hokkey Liqasından bildiriblər ki, çarter reysi ilə uçan təyyarədə “Lokomotiv” (Yaroslavl) hokkey klubunun əsas heyətinin oyunçuları olub. Sentyabrın 8-də “Lokomotiv” Minsk “Dinamo”su ilə görüşməliymiş.
OXŞAR XƏBƏRLƏR