Rusiyada koronavirus daşıyıcılarının sayı kəskin artıb

Rusiyada koronavirus daşıyıcılarının sayı kəskin artıb
DÜNYA
17:35 19.03.2020
3227
Son bir gündə Rusiyada daha 52 nəfərdə koronavirus qeydə alınıb.

"Report” TASS-a istinadən xəbər verir ki, yeni yoluxma halları ölkənin 23 bölgəsində aşkarlanıb.

Qeyd edək ki, bu gün Rusiyada koronavirusdan ilk ölüm qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 226 501-ə çatıb. Bunların 85 955 nəfəri sağalıb, 9 285 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
OXŞAR XƏBƏRLƏR