Rusiyada məhbusun qatarda konvoy əməkdaşlarına hücumu nəticəsində 2 nəfər ölüb

Rusiyada məhbusun qatarda konvoy əməkdaşlarına hücumu nəticəsində 2 nəfər ölüb
DÜNYA
04:56 03.10.2026
169
Rusiyada Vladiqafqaz–Adler qatarında məhbusun konvoy əməkdaşlarına hücumu nəticəsində iki nəfər ölüb.

Ölənlərdən biri Federal Penitensiar Xidmətin (FSİN) əməkdaşı, digəri isə hücum edən məhbusdur. Daha üç konvoy əməkdaşı isə ağır yaralanıb.

Qatarın dayanması zamanı məhbuslardan birini sonuncu vaqondan tualetə apararkən o, konvoy əməkdaşının avtomatını götürərək FSİN əməkdaşlarına atəş açıb.

Təxminən 33 yaşında olan məhbus zərərsizləşdirilib. Yaralanan FSİN əməkdaşlarından biri xəstəxanaya aparılarkən yolda ölüb. Daha üç yaralının vəziyyəti ağırdır.

Məlumata görə, hücumu həyata keçirən şəxs qaçmağı planlaşdırıb. O, vaqondan çıxarılarkən əməkdaşın avtomatını ələ keçirərək atəş açıb, bir neçə əməkdaşı yaraladıqdan sonra qaçmağa cəhd edib.

///apa.az///
OXŞAR XƏBƏRLƏR