Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin iclasında Rusiya daxili işlər nazirinin müavini İqor Zubov məlumat verib.
Məlumata görə, mobil cihaz ölkədə xarici vətəndaşların qalmasına nəzarət sisteminin bir hissəsi olacaq. Zubov dəqiqləşdirib ki, bu tədbir xüsusilə işləmək və ya uzun müddət qalmaq üçün gələn miqrantlara aid olacaq. Onun sözlərinə görə, telefonda miqrantın elektron profili yerləşdiriləcək və DİN həmin profil vasitəsilə onun yerləşdiyi əraziyə nəzarət edə biləcək.
"Bu, onun bir yaşayış məntəqəsindən digərinə nəzarətsiz keçməsinə, qalma yerini dəyişməsinə imkan verməyəcək", - deyə Zubov bildirib.
O, həmçinin qeyd edib ki, belə telefonların olması miqrasiya qeydiyyatı məsələlərində xarici vətəndaşlarla əlaqə yaratmağa imkan verəcək. Xüsusilə, həmin vasitə ilə sənədlərin qüvvədə olma müddətinin yaxınlaşan sonu və ya dövlət orqanlarına müraciət zərurəti barədə bildiriş göndərmək mümkün olacaq.
İyulun 10-da Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, DİN əməkdaşları, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rosfinmonitorinq miqrasiya sahəsində 60 200 hüquq pozuntusunun qarşısını alıb.











































