Rusiyada qar uçqunu baş verib - VİDEO

Rusiyada qar uçqunu baş verib - VİDEO
DÜNYA
19:49 18.01.2021
686
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 4-12 nəfər qarın altında qalıb.

"Dombay qəsəbəsindəki Mussa-Açitara dağında qar uçqunu baş verib. Hadisə nəticəsində dağ xizəyi yolu, iki xizək icarəsi obyekti və kafe qar altında qalıb. İlkin məlumatlara əsasən, adıçəkilən ərazilərdə 4-12 nəfər xidməti personal və xizək həvəskarı olub”, - deyə məlumatda bildirilir.

Hazırda hadisə yerində xilasedicilər çalışır.
 

OXŞAR XƏBƏRLƏR