Rusiyada Rusiya-Azərbaycan Gənclərinin Birinci Qarabağ Forumu keçirilir

Rusiyada Rusiya-Azərbaycan Gənclərinin Birinci Qarabağ Forumu keçirilir
GƏNCLİK
17:59 28.05.2019
6107
 Rusiya-Azərbaycan Gənclərinin Birinci Qarabağ Forumu keçirilir
 
AZXEBER.COM xəbər verir ki, Bu gün Rusiyanın Perm vilayətinin Solikams şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Rusiyanın Solikamski şəhər admnistrasiyasının dəstəyi, Üçüncü sektor içtimai birliyi , Solikamskidə Azərbaycan diasporunun və Azərbaycan Diasporu İnformasiya Mətkəzinin təşkilatçılığı ilə Rusiya-Azərbaycan Gənclərinin Birinci Qarabağ forumu keçirilir.

Forumda Perm vilayətinin və Solikamski şəhərinin rəhbərliyi, şəhər gənclər komitəsinin sədri, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, şəhərin deputatı Peliç Valiter, Perm vilayəti üzrə Azərbaycan Diasporunun sədri Çingiz İsayev, Solikamskidə Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Perm gənclər birliyinin sədri Rəşad Əkbərov, Salikamski Gənclər Birliyinin sədri Gülzar Kazımova, siyasətçilər, dövlət və ictimai xadimlər, gənclər, media quruluşlarının təmsilçiləri iştirak ediblər. 

Azərbayxan Diasporu İnformasiya Mərkəzinin Sədri Toğrul Allahverdili çıxışında Azərbaycan və Rusiya arası əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildirib.

"İlk öncə Solikamskidə olmağımdan şad olduğumu bildirmək istəyirəm bizə göstərdiyiniz dəstəyə və forumun baş tutmasında yardımçı olduğuna görə Solikamski şəhər rəhbərliyinə, diaspor sədri Uğur Əfəndiyevə və xüsusən Azərbaycan Respublikası Prezidenti Yanında QHT- lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümü bildirirəm. Qeyd edim ki, Azərbaycan gənclər ölkəsidir. Ölkəmizin 20% torpaqları Ermənistan tərəfindən işğal olmasına baxmayaraq Azərbaycan günü- gündən inkişaf edir. Sevindirici haldır ki, Rusiya - Azərbaycan xalqları dost olduğu kimi hər iki ölkənin lideri V. Putin və Cənab İlham Əliyevində dostluq və qardaşlıq əlaqləri ən yüksək səviyyədədir. Bir daha Sizin şəhərdə olmağımdan şad olduğumu bildirərək Rusiya və Azərbaycan xalqına uğurlar arzu edirəm.” 

Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev iştirakçıları salamlayaraq, 28 May Respublika Gününün hər bir azərbaycanlı üçün dəyərli tarix olduğunu diqqətə çatdırıb.

O, müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğunu xüsusi vurğulayıb.

Çıxış edən Solikamskidə Azərbaycan Diasporunun rəhbəri Uğur Əfəndiyev hər iki xalqın qardaşlıq- dostluq əlaqələrindən danışıb.

"İlk öncə hər kəsi salamlayır göstərdiyiniz dəstəyə və forumun baş tutmasına yardımçı olduğuna görə Solikamski şəhər rəhbərliyinə və Azərbaycan Respublikası Prezidenti Yanında QHT- lərə dövlət dəstəyi şurasına təşəkkürümü bildirirəm. Rusiya - Azərbaycan xalqları dost qardaş xalqlardır. Prezident V. Putin və Cənab İlham Əliyevində dostluğu buna subutdur. Biz Solikamski azərbaycanlıları buranı öz vətənimiz kimi sevirik, bir daha hər birinizə təşəkkür edir və uğurlar arzu edirəm.”

Perm vilayəti üzrə Azərbaycsn diasporunun gənclər birliyinin sədri Rəşad Əkbərov qeyd edib ki, Perm vilayətində ilk dəfə keçirilən bu tədbirin hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynayacaq. Qeyd edim ki, 2009-cu ildə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada yaradılan AMOR Təşkilatı da hər iki ölkə gənclərinin müxtəlif toplantılarda bir araya gələrək, müxtəlif mövzular ətrafında dialoq qurub, fikir mübadiləsi aparmalarında böyük rol oynayır."

Daha sonra forum Respublika gününə həsr olunmuş filmin nümayişi və müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir