"Rusiyada tətbiq olunan məhdudiyyətlər Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə bilər”

"Rusiyada tətbiq olunan məhdudiyyətlər Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə bilər”
DÜNYA
17:09 13.10.2025
132
"Rusiya Federasiyasının 115-ci maddəsinə əsasən il ərzində xarici vətəndaşlar yalnız 90 gün qala bilər ki, bu da yükdaşıyıcı sürücülərə də tətbiq olunur və iqtisadiyyata mənfi təsir göstərə bilər”.

AZXEBER.COM erməni nediasına istinadən xəbər verir ki, bunu İrəvanda hökumət binası qarşısında keçirilən aksiya zamanı "Caritas” təşkilatının miqrasiya eksperti Tatevik Bejanyan deyib. 

Bejanyan qeyd edib ki, 15 sürücü 5 il müddətinə Rusiya ərazisinə girişdən məhrum edilib, əlavə olaraq 74 nəfər Rusiya reyestrinə daxil edilib. Sürücülər isə sərhəddə növbədə çox vaxt itirdiklərini və 90 günlük müddətin yarısının belə itdiyini bildirirlər. 

Ekspert qeyd edir ki, bu məhdudiyyət yükdaşıma və sərnişin daşıyan sürücülərə şamil edilməməlidir. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR