Rusiyada təyyarə qəzası olub.
Hadisə Nene Muxtar Dairəsinin mərkəzi Naryan-Mare şəhərində baş verib. Rusiya KİV-nin yaydığı məlumata görə, "An-2” yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.
Təyyarənin göyərtəsində 2 pilot, 13 sərnişin olub. Yaralananlar xəstəxanaya çatdırılıb.
Qəzanın baş vermə səbəbləri barədə məlumat yoxdur, araşdırma aparılır.
///BakuPost.az