Rusiyada törədilən terror aktında onlarla insanı xilas edən şəxsə mükafat verildi

Rusiyada törədilən terror aktında onlarla insanı xilas edən şəxsə mükafat verildi
DÜNYA
18:10 25.03.2024
200

Rusiyada baş verən terror aktı zamanı İslam Xəlilov adlı gənc onlarla insanın həyatını xilas edə bilib. 

AZXEBER.COM xəbər verir ki, qanlı hücumdan azı 100 nəfərin xilas edilməsinə kömək edən Xəlilov təşəkkürnamə ilə mükafatlandırılıb. 

"Crocus”un binasındakı konsert zalında işləyən 15 yaşlı Xəlilov hücumçuların avtomat silahlarla açdığı atəş zamanı azı 100 nəfərin xilas edilməsində rol oynayıb. 

Xəlilov izdihamlı qrupu qanlı hücumun baş verdiyi zaldan sağ-salamat çıxara bilib. 

İslam Xəlilov özünü qəhrəman hesab etmədiyini deyib.

"Mən onlara hara getməli olduqlarını göstərdim. Əlimdən gələn hər kəsə kömək etdim. Mən heç kimi geridə qoymadım. Mən özümü qəhrəman kimi görmürəm. Bu, sadəcə işimin bir hissəsi idi. 100 adamın ölməsinə icazə verməkdənsə, özünü qurban vermək daha yaxşı idi”.

Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belova "Crocus”da terror aktı zamanı insanları xilas edən İslam Xəlilovu təşəkkürnamə ilə mükafatlandırıb. 

Ayşən

OXŞAR XƏBƏRLƏR