AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı xarici valyutaların mübadiləsi və dövriyyəsinə yeni məhdudiyyətlər tətbiq edib.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, müvəqqəti sifarişin qüvvədə olduğu müddət ərzində banklar vətəndaşlara nağd pul satmayacaq. Həmçinin, Rusiya Federasiyasının vətəndaşlarının depozit hesablarından yalnız dollar və 10 minə qədər pul çıxara biləcəkləri bildirilib. Qalan vəsaitlər buraxılış günündəki məzənnə ilə rublla alına bilər.
Bu qərar 2022-ci il martın 9-dan sentyabrın 9-dək qüvvədə olacaq.
Qeyd edək ki, martın 9-da Rusiya Federasiyasında nağd pul bazarında dolların dəyəri 190 rubla çatıb.
Ayşən Mirzəyeva