Rusiyada yanacaq böhranı: Dron hücumları bazarda çatışmazlıq yaratdı

Rusiyada yanacaq böhranı: Dron hücumları bazarda çatışmazlıq yaratdı
DÜNYA
18:53 10.07.2026
816
Rusiya bazarında yanacaq çatışmazlığı var. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur.

Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini söyləyib. O deyib ki, hökumət neft emalı zavodlarının gücünün istifadəsini və kifayət qədər istehsalı təmin etmək üçün əlindən gələni edir. Rusiyanın kifayət qədər yanacaq emalı gücü var. Hakimiyyət regionlara əlavə yanacaq idxalını təmin etmək niyyətindədir. Rusiyadan benzin və dizel ixracına qoyulan qadağa yanacaq vəziyyətini sabitləşdirmək və daxili bazara tədarükü təmin etmək üçün lazımdır.

Bəzi satıcılar əlavə pul qazanmaq və qiymətləri qaldırmaq üçün Rusiya yanacaq bazarındakı vəziyyətdən istifadə edirlər. Federal Antiinhisar Xidməti yanacaq qiymətlərini yaxından izləməlidir.

İqtisadçı Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiyada yaranmış problem neft qıtlığı deyil, yanacaq istehsalı və təchizatında yaranan çatışmazlıqdır:
"Rusiyada yaranmış problem neft qıtlığı deyil, yanacaq istehsalı və təchizatında yaranan çatışmazlıqdır. Son dövrlərdə neft emalı zavodlarının fəaliyyətinin pozulması daxili bazarda benzin və dizel təklifini azaldıb. Buna görə də Rusiya hökuməti ilk növbədə daxili bazarın təminatına üstünlük verir və bəzi yanacaq növlərinin ixracını məhdudlaşdırır”.

O qeyd edib ki, qısamüddətli perspektivdə Rusiya bu problemi əsasən üç istiqamətdə həll etməyə çalışacaq:

"Qısamüddətli perspektivdə Rusiya bu problemi əsasən üç istiqamətdə həll etməyə çalışacaq: emal zavodlarının fəaliyyətini bərpa etmək, daxili bazara daha çox yanacaq yönəltmək və zərurət yaranacağı halda hazır neft məhsullarının idxalını artırmaq.

Hazırda Rusiyanın yanacaq idxalı üçün ən real mənbə Hindistan hesab olunur və bu istiqamətdə artıq tədarüklər barədə məlumatlar mövcuddur. Bundan başqa, Çin və Qazaxıstan da potensial təchizatçılar sırasındadır. Bununla belə, Rusiyanın uzunmüddətli dövrdə idxaldan asılı qalacağı gözlənilmir. Ölkə kifayət qədər xam neft ehtiyatına malikdir və əsas məqsəd emal güclərini tam bərpa edərək daxili tələbatı yenidən öz hesabına təmin etməkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu