Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələrinin növbəti görüşü təyin olundu
Bütün Xəbərlər
15:36 23.10.2012
878
Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. “Azərros” Federal Milli Mədəni Muxtariyyətinnin və Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün müzakirə edilməsidir. APA-nın məlumatına görə, görüşdə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan ermənilərin Azərbaycan xalqı ilə dostluğunu unutmadığını bildirib. Çıxışında A.Abramyan bildirib ki, onlar müharibənin tərəfdarı deyillər.Eyni zamanda, A.Abramyan onu da bildirib ki, belə görüşlərin keçirilməsinə həmişə böyük ehtiyac var: "Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir. Arzu edərdim ki, belə görüşlər tez-tez keçirilsin”.O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: “Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm”.“Azərros” Federal Milli Mədəni Muxtariyyətin in rəhbəri Söyün Sadıqov da çıxışında bildirib ki, Azərbaycan xalqı da düşmənçiliyin tərəfdarı deyil. “Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işləyir, ailə qurur. Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq”.Qeyd edək ki, Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etmək olub.Görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti, Rusiya-Azərbaycan Təşkilatları İttifaqının və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə təşkil olunub.Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o,görüşə qatılmayıb.