Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov Rusiya KİV-lərinə açıqlama verib.
O, bildirib ki, Rusiya 2012-ci ilin iyununadək Qəbələ Radiolokasiya stansiyasının icarə müddətinin uzadılması haqqında Azərbaycan ilə danışıqları başa çatdırmaq niyyətindədir.
Onun sözlərinə görə, yaxın iki həftədə bu məsələyə dair danışıqların növbəti raundunun keçirilməsi üçün Azərbaycanın nümayəndə heyətinin Moskvaya gələcəyi gözlənilir. A.Antonov qeyd etmişdir ki, Qəbələ RLS-in icarəsi barədə yeni saziş köhnə müqavilənin müddətinin qurtarmasına azı altı ay qalmış bağlanmalıdır. Nazir müavini demişdir: “Rəhbərlik bizə lazımi göstərişlər vermişdir. Qalan məsələlər sırf texniki xarakter daşıyır”.