Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib. Bu barədə "RİA Novosti” ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb. Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.