Rusiya Federasiyasında COVID-19-a yoluxma halları iyunun ortalarına qədər başa çata bilər.
AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, bu fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin Terapiya Kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Çuçalin "Rusiya-1" kanalına müsahibəsində bildirib.
Rusiyalı akademik bu qənaətə yeni koronavirus infeksiyasını əvvəlkilərlə müqayisə edərək gəlib: "SARS 2002-ci ildə nə qədər davam etmişdi? 3.5 ay. 2012-ci ildə MERS virusu nə qədər davam etdi? 3.5 ay. Müəyyən xəstəliklərin dövrü var, buna görə mart, aprel, may aylarını qəbul edə bilərik. İyun ayının ortalarında bu infeksiyanın aradan qalxacağını gözləməliyik".