Rusiyalı aktyor Hindistanda ölü tapıldı

Rusiyalı aktyor Hindistanda ölü tapıldı
HADİSƏ
13:36 23.11.2023
651

Hindistana istirahətə yollanan "Yoşkar-Ola” Kukla Teatrının aktyoru Maksim Beletski və onun 21 yaşlı sevgilisi Anna Rantsevadan günlərdir xəbər alına bilmirdi.

AZXEBER.COM Rusiya mətbuatına istinadən bildirir ki, bu gün gənclər Himaçal-Pradeş ştatının Parvati vadisində ölü tapılıb.

Yerli hakimiyyət orqanları Beletsky və Rantsevanın cəsədlərinin cib telefonları, şəxsi əşyalar, qanunsuz maddələr və sənədlərlə birlikdə tapıldığını bildiriblər. Məlumata görə şəxsi əşyalar arasında qızın intihar məktubu da yer alıb. Anna məktubunda cəsədini tapan şəxsdən telefon nömrəsini səfirlik vasitəsilə Rusiyadakı qohumlarına göndərməyi xahiş edib.

Əldə olunan məlumatlara görə Parvati Vadisi qeyri-qanuni maddələrə asan çıxışı ilə məşhurdur. Önə sürülən iki versiyaya görə ölümə səbəb kimi intihar və ya həddindən artıq dozada narkotik vasitə istifadəsi göstərilib.

Maksimin yaxınları onun yandırılaraq Hindistanda dəfn ediləcəyini bildirsələr də, hüquq-mühafizə orqanları istintaq nəticələri əldə olunana qədər kremasiyanı təxirə salıblar.

Aysel


 

 

OXŞAR XƏBƏRLƏR