Ağlını itirmiş vəziyyətdə.
Rusiyanın məşhur aparıcısı Dana Borisova və onun anası arasında böykü səs-küyə səbəb olmuş qalmaqal davam edir.
Bu günlərdə ana və qızı artıq bir-birlərinə qarşı ittihamlarla çıxış ediblər: 38 yaşlı teleaparıcı anası Yekaterina İvanovanın başqa çoxsaylı təkliflərə baxmayaraq, onun mənzilini tərk etməkdən imtina etdiyini söyləyir.
Öz növbəsində ana bildirir ki, qızı çoxlu spirtli içki qəbul edir, müxtəlif dərmanlar atır və öz 7 yaşlı qızı Polinaya baxmır, buna görə də, qadın nəvəsini anasının ümidinə buraxmaqdan qorxur.
Lakin şəxsi bəyanatları və ittihamlarına baxmayaraq, Yekaterina İvanova da sağlam həyat tərzi sürmür. Teleaparıcının SUPER-ə təqdim etdiyi videoda ananın içkili vəziyyətdə yerdə oturduğunu, insanların səsinə cavab vermədiyini görmək olar.
Qeyd edək ki, bir neçə gün əvvəl Dana Borisovanın ailəsində böyük qalmaqal baş verib.
LifeNews-un mənbələrinin sözlərinə görə, 38 yaşlı teleaparıcı şəxsi mənzilində gizlənərək, anasını evdən qovub. Bir neçə gün sonra ana və qızı arasında qalmaqal səngiməyib. Dana artıq iki gündür ki, evdən çıxmır və köməkçiləri, jurnalistlərin zənglərinə cavab vermir.