Rusiyalı blogerin həbs müddəti yenidən uzadıldı

MAQAZİN
11:17 19.09.2024
198
Rusiyalı bloger Yelena Blinovskayanın işi üzrə növbəti məhkəmə iclası keçirilib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, onun istintaq təcridxanasındakı həbs müddəti daha altı ay uzadılıb.
 
43 yaşlı "marafonlar kraliçası” cəzanın ev dustaqlığına dəyişdirilməsini istəsə də, hakim apellyasiya şikayətini təmin etməyib.
 
Blinovskayanın vəkili Natalya Salnikova məhkəmə prosesinin təfərrüatlarını açıqlayıb:

"Məhkəmə Savelovski məhkəməsinin qərarını qüvvədə saxladı, o, həbs-qətimkan tədbirinin müddətini altı ay da uzatdı" deyə vəkil bildirib.
 
Xatırladaq ki, onun həbs olunmasına səbəb 906 milyon rubl məbləğində vergi borcunun olması və çirkli pulların yuyulmasında adının hallanması olub.

Aysel

OXŞAR XƏBƏRLƏR