xari

Rusiyalı ekspert: “Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”

SİYASƏT
15:26 20.02.2021
411
"Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.

Bu fikirləri "Report”un Rusiya bürosuna hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: "Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım olacaq”.

Ekspertin fikrincə, hazırda Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: "Azərbaycan Ermənistanın hərbi gücünü məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsası olmayacaq”.

Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən qəsb edərək apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: "Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:18 25.02.2021

Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub

19:37 25.02.2021

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

19:25 25.02.2021

Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI

18:53 25.02.2021

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etdi

18:41 25.02.2021

"Sumqayıt"ın baş məşqçisi: "Arxayınlıq bizə baha başa gələ bilər"

18:10 25.02.2021

Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər

17:52 25.02.2021

Müxalifət Paşinyanın konsultasiya çağırışlarına cavab verdi: Sən xainsən

17:40 25.02.2021

Paşinyan aksiyaları dayandırmağa çağırıb: "Müxalifətlə danışıqlar masasına otururuq"

17:39 25.02.2021

Əksər rayonlarda yağıntılar kəsib - FAKTİKİ HAVA

17:13 25.02.2021

Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib

17:12 25.02.2021

Paşinyan prezident Sarkisyana: "Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan"

17:10 25.02.2021

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü

17:08 25.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

17:05 25.02.2021

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

16:59 25.02.2021

Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”

16:58 25.02.2021

Ermənistan prezidenti xalqa müraciət edib, amma Paşinyana dəstək verməyib