Rusiyalı politoloq: “Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub”

Rusiyalı politoloq: “Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub”
Bütün Xəbərlər
19:05 01.11.2015
723

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, politoloq Nataliya Krasovskaya Azərbaycanda seçkilərin ən yüksək səviyyədə təşkil olunduğunu hesab edir.Bazar günü Secki-2015.az saytına müsahibəsində Krasovskaya deyib: “Seçkilər yüksək səviyyədə təşkil olunub. Seçki məntəqələri qanunauyğun şəkildə tam təchiz edilib. MSK öz işinə məsuliyyətlə yanaşır”.

Seçki məntəqələrinə baş çəkən rus politoloq seçicilərin öz qərarlarına çox məsuliyyətlə yanaşdığını müşahidə edib: “Söhbət apardığımız bütün seçicilər namizədlərin proqramı ilə tanış olduqlarını, namizədi tanıdıqlarını və öz seçimlərini şüurlu şəkildə etdiklərini dedilər. Onlar Milli Məclisin yeni tərkibindən nə gözlədiklərini söylədilər.Çox sayda seçici ölkənin gələcəyində iştirakı vacib sayır. Dünyada ən böyük problemlərdən biri insanların emosional qərar verərək seçim etməsi nəticəsində demokratiyanın zəifləməsidir. Bizim söhbət etdiyimiz insanlar isə, şüurlu seçim etdiklərini dedilər ”.

Xanım politoloq həmçinin seçicilərin fəallığını da xüsusi qeyd edib: “Söhbət etdiyimiz komissiya üzvləri və müşahidəçilər bildirdilər ki, seçkilərdə iştirak ən azı 50 faiz olacaq. Bu da seçkinin həqiqətən legitim olduğunun və ölkənin bu vacib hadisəyə məsuliyyətlə yanaşdığının göstəricisidir. Seçki komissiyaları seçiciləri çox yaxşı məlumatlandırır. Buna görə də bizim təəssüratlarımız çox yüksəkdir və hesab edirik ki, müşahidəçilərin böyük əksəriyyəti seçkinin yüksək səviyyədə keçirildiyini və Milli Məclisin yeni tərkibinin legitim olduğunu qeyd edəcək”.

Rusiyada keçirilən seçkilərdə böyük təcrübəsi olan mərkəz direktoru həmçinin qeyd edib ki, təkrar səsvermənin qarşısını almaq sahəsində Azərbaycanın təcrübəsi onun üçün bir yenilikdir: “Səsvermənin legitim qiymətləndirilməsini kəskin artırır. Rusiyada belə sistem mövcud deyil və hesab edirəm ki, Rusiya da bu təcrübədən bəhrələnə bilər”.

OXŞAR XƏBƏRLƏR