Rusiyanın Azərbaycan və Ermənistanla bağlı yeni çağırışı

Rusiyanın Azərbaycan və Ermənistanla bağlı yeni çağırışı
Bütün Xəbərlər
07:51 23.01.2012
1072

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə ardıcıl şəkildə inandırır. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir. "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə qəbul etdiyi birgə bəyanat da bu məqsədin nail olunmasına yönəlib. Həmin bəyanatda bütün mübahisəli məsələlərin sülh vasitələri ilə həll etmək və atəşkəs xəttində baş verən insidentlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında araşdırmaq cəhdləri öz əksini tapıb" deyə məlumatda bildirilir. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları yanvarın 23-də Soçidə keçiriləcək. "Atəşkəs rejiminin pozulmasının tezləşmiş halları, hərbçilər və dinc sakinlər arasında qurbanlar və hər iki tərəfdən səslənən hərbi ritorika bizdə ciddi narahatlıq doğurur", deyə Kremlin məlumatında bildirilir. Məlumata əsasən, rəsmi Moskva ümid edir ki, qısa müddətdə insidentlərin araşdırılması mexanizmi üzərində iş başa çatdıralacaq. Qarşılıqlı etimadın gücləndirilməsi üzrə tədbirlərin sırasında ziyalılar, elmi və ictimai dairələr arasında dialoqun bərpası təklif olunur. Kremlin məlumatında həmçinin bildirilir ki, Dmitri Medvedev İlham Əliyev və Serj Sarkisyanla ikitərəfli görüşlər də keçirəcək. "Rusiya-Azərbaycan danışıqlarının gündəmində Xəzər dənizi məsələlərinə, regional və beynəlxalq məsələlərdə koordinasiyaya böyük diqqət yetirilir. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi bu sahədə qarşılıqlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır" deyə məlumatda vurğulanır. Medvedev-Sarkisyan görüşündə isə Rusiya-Ermənistan strateji tərəfdaşlığının və ittifaqının ən vacib aspektləri diqqət mərkəzində olacaq. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb