Rusiyanın baş naziri koronavirusa yoluxdu

Rusiyanın baş naziri koronavirusa yoluxdu
TOP4
21:29 30.04.2020
1584
Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb. 

O bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırıb. 

Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.

Qeyd edək ki, Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR