Eks model, “Dünya Gözəli” titulunun sahibi və teleaparıcı Oksana Fyodorova ana olub. 3 kq 100 qr çəkisi olan oğlan uşağı 6 mart tarixində gecə saat 00:30-da dünyaya gəlib. Uşağın atası, teleaparıcının yoldaşı, Boks Federasiyasının vitse-prezidenti - Andrey Borodin ilk dəqiqələrdən xanımın yanında olub. ”O, çox həyacanlanırdı, və bir neçə saat dəhlizdə gözlədi. Yeni ana duyğusunu yaşayan Oksana özünə gələn kimi, onu birinci məhz Andrey təbrik etdi,” - deyə doğum evinin işçiləri söyləyir. Xəbəri ilk bilənlərdən, “gözəl”in rəfiqəsi Yana Rudkovskaya (müğənni Dima Bilanın prodüseri) və onun “eks-sevgilisi” Nikolay Baskov oldular.”Heyfslənirəm ki, uşaq məndən deyil. Çünki biz də Oksana ilə övlad sahibi olmağı planlaşdırırdıq” - deyə, Nikolay Baskov münasibət bildirib.